Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakını "işğal edən" selin günahkarları tapıldı

© Sputnik / Murad OrujovYağışlı hava
Yağışlı hava - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Müşavirədə icra başçılarına rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və müvafiq qurumlarla birgə mövcud problemləri aradan qaldırmalı olduqları vurğulanıb.
Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında və xidmət dairəsindədir, lakin bu icra hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərdliyi də paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair keçirilən videokonfrans formatında müşavirədə deyilib.
Müşavirədə icra başçılarına “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalı olduqları vurğulanıb.
Xəbər lenti
0