Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah Bakıda kitab sərgisi açılacaq

© Depositphotos.com / IrochkaKitablar, arxiv şəkli
Kitablar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Bukinistlər, fərdi kitab satıcıları, evində artıq kitabı olan insanlar kitablarını, rəssamlar və musiqiçilər isə öz əsərlərini sərgidə sata bilərlər.
BAKI, 30 sentyabr — Sputnik. Sabahdan Milli Kitab Satış Sərgisi başlayır. Sputnik Azərbaycan-ın məlumatına görə, sərgi Bakı İdman Sarayında açılacaq.
Sərginin fəxri qonağı yazıçı, tərcüməçi və tarixçi, 80-ə yaxın kitabın müəllifi Əlisa Hüseynov (Əlisa Nicat) olacaq.
Qeyd edək ki, tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, musiqili proqramlar keçiriləcək.
Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı müzakirə panelləri təşkil olunacaq. Kitabların 30 faiz endirimlə satılacağı satış-sərgi Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bukinistlər, fərdi kitab satıcıları, evində artıq kitabı olan insanlar kitablarını, rəssamlar və musiqiçilər isə öz əsərlərini sərgidə sata bilərlər.
Milli Kitab Satış Sərgisinin gələcəkdə digər bölgələrdə keçirilməsi də nəzərdə tutulur.
Oktyabrın 10-na qədər davam edəcək sərgiyə giriş sərbəstdir.
Xəbər lenti
0