Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Niyə F-35 qırıcıları Amerikanın ən pis təyyarələrinin beşliyinə düşdü

CC BY 2.0 / Official U.S. Navy Page / Andy WolfeF-35 Lightning II beşinci nəsil qırıcısı, arxiv şəkli
F-35 Lightning II beşinci nəsil qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Pentaqon müntəzəm şəkildə bu qırıcıların seriya istehsalını təxirə salır, başqa sözlə, amerikalı pilotlar və onların müttəfiqləri rəsmi olaraq "üzərində iş baş çatmamış" təyyarələrdə (tabutlarda) uçurlar.
BAKI, 30 sentyabr — Sputnik. Son zamanlar baş verən "hipersəs" uğursuzluqlarına baxmayaraq, Amerikalı mütəxəssislərin "beş ən pis təyyarə" siyahısına saldıqları F-35 Lightning II qırıcıları ABŞ-da yüksək texnologiyalı silahlarının istehsalı ilə bağlı böhran yaşandığını açıq-aydın göstərir.
ABŞ-ın hərbi analitikləri ən çox iflasa uğramış aviasiya layihələrinin siyahısını hazırlayıb və tamamilə əsaslı olaraq, F-35 Lightning II-ni Pentaqon tarixindəki ən pis təyyarələrin ilk beşliyinə daxil ediblər.
"Qanadlı uğursuzlar"ın sırasında müxtəlif dövrlərdə ABŞ Hərbi Hava Qüvvələrinin ümidlərini doğrultmamış "Convair F-102 Delta Dagger", "Grumman F-11 Tiger", "Vought F7U Cutlass" və "Bell P-59 Airacomet" təyyarələri də var (https://riafan.ru/1524668-istrebitel-f-35-okazalsya-v-pyaterke-hudshih-amerikanskih-samoletov-po-versii-ni).
Əvvəllər də "Business Insider" portalı F-35 gözəgörünməz qırıcılarını ABŞ Ordusunun ən pis silahları siyahısına daxil etmişdi (https://ria.ru/20190602/1555181828.html).
"Bloomberg" agentliyi xəbər verir ki, Amerika "şimşək"ləri Rusiya və Çinin sürətlə inkişaf edən Hava Hücumundan Müdafiə vasitələrindən nəzərəçarpacaq dərəcədə geri qalır (https://voennoedelo.com/posts/id15522-v18yv5te9abkroxnuaqb). Sputnik də (https://sptnkne.ws/CpcZ)
Sputnik də (https://sptnkne.ws/CpcZ) F-35-in kritik (bərpa olunmayan) dizayn qüsurlarından və zəif cəhətlərindən, çox qısa xidmət müddətindən (açıqlanandan 4 dəfə az - cəmi 2100 uçuş saatı) və texniki xidmətin mürəkkəbliyindən (sonuncu fakt "görünməzlərin" əksəriyyətinin döyüş hazırlığı vəziyyətindən çıxarılması ilə nəticələnib) bəhs edib. Bununla belə, Amerika qırıcıları bizləri təəccübləndirməyə davam edir.
Pentaqon 2025-ci ilə kimi 1700 F-35 qırıcısını döyüş hazırlığı vəziyyətinə gətirməyi planlaşdırırdı (https://www.washingtonpost.com/wp-dyn/content/article/2009/07/16/AR2009071603872.html), ancaq 2021-ci ilin sentyabrına kimi "Şimşək" hələ də "seriya istehsalı" vəziyyətinə hazır deyil.
ABŞ Hərbi Hava Qüvvələri hazırda 300 ədəd F-35 qırıcısından istifadə edir, yeni təyyarələrin istehsalını isə 2023-cü ilə kimi və gələcəkdə də 156 vahidə qədər məhdudlaşdırmaq niyyətindədir (https://www.airforcemag.com/f-35-production-set-156-per-year-until-completion/). İflasa uğramış 1,4 trilyon dollarlıq bu layihəni amerikalı mütəxəssislər artıq çoxdan "milli fəlakət" adlandırmağa başlayıblar (https://nationalinterest.org/blog/the-buzz/the-f-35-14-trillion-dollar-national-disaster-19985).
ABŞ Ordusu, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin yüksəktexnologiyalı silahlarının deqradasiyası müşahidə olunur.
Döyüş qabiliyyəti olmayan nəsil
Pentaqon müntəzəm şəkildə F-35-lərin seriya istehsalını təxirə salır, başqa sözlə, amerikalı pilotlar və onların müttəfiqləri rəsmi olaraq "üzərində iş baş çatmamış" təyyarələrdə (tabutlarda) uçurlar. F-35-lərin istismar xərcləri təxminən saatda 35000 dollar təşkil edir (https://nationalinterest.org/blog/buzz/f-35-cost-critics-have-no-idea-what-they-are-talking-about-190764).
Ümumilikdə 700 belə təyyarə alan Amerikalı və xarici sifarişçilər indi daha etibarlı və onları iflasa uğratmayacaq variantlar axtarışındadırlar. ABŞ Hərbi Hava Qüvvələri gələcək perspektivdə F-35-lərdən daha güclü və iqtisadı cəhətdən əlverişli mühərriklərdən istifadə etmək niyyətindədir. Ancaq "Adaptive Engine Transition Program"-a aid bu mühərriklər öz ölçülərinə görə F-35C (Hərbi Dəniz Qüvvələri) və F-35 B (Dəniz piyadaları) modifikasiyalarına uyğun gəlmir.
Əgər Hərbi Dəniz Qüvvələri hər bir halda yeni mühərrikləri inteqrasiya etmək fikrinə düşsə, mütəxəssislər müxtəlif detallara və avadanlıqlara malik iki tip mühərrikə xidmət göstərməli olacaqlar.
ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Frenk Kendall 2025-ci ilə kimi F-35-lərin bir saatlıq uçuş xərclərinin 25 000 dollara qədər azaldılması planına tamamilə skeptik yanaşır (https://www.airforcemag.com/air-force-wants-new-engine-for-f-35-if-its-affordable/). Beləliklə də, "şimşək"lərin dinc məqsədlə istismarı belə kiçik müharibə qədər müflisləşdirici xarakter daşıyır.
"Gözəgörünməz"lərin hərbi münaqişə zonasında döyüş effektivliyi rəsmi olaraq nə Pentaqon, nə də ABŞ-ın müttəfiqləri tərəfindən öz təsdiqini tapmayıb. Əksinə, bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin sərəncamında olan F-35-lər 2017-ci ildə Suriyaya hava zərbəsi endirilən vaxt (həmin gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanla görüşmək üçün İsrailə getmişdi) Rusiya istehsalı olan S-200 Zenit-Raket Kompleksi tərəfindən (1960-cı illərdə işlənib hazırlanmış) zərərsizləşdirilib. Həmin vaxt israillilər bəyan etmişdilər ki, buna səbəb F-35-in quşla toqquşması olub, ancaq fotoşəkillər bunu təsdiqləməmişdi (https://nationalinterest.org/blog/reboot/did-russian-made-missile-hit-israeli-f-35-stealth-fighter-2017-194071). Rusiya və Türkiyənin (S-400 Zenit Raket Kompleksi əldə etmiş) hərbi hava qüvvələri mütəxəssisləri isə əslində gözəgörünməz olan "Şimşək"lərin radarlarda göründüyünü dəfələrlə təsdiqləyiblər. ABŞ Hərbi Hava Qüvvələrinin texnoloji böhranı göz qabağındadır.
Amerikalıların daha bir iddialı layihəsini xatırlayaq: F-22 Raptor beşinci nəsil iddialı qırıcıları üzərində 1981-ci ildən bəri iş getsə də, bu proses başa çatmamış təyyarələr köhnəldi (https://nationalinterest.org/blog/reboot/what-killed-f-22-raptor-194065).
ABŞ hərbi Hava Qüvvələri ilkin olaraq 750 F-22 (ədədini 35 milyon dollara") almağı planlaşdırsa da, 1997-ci ildə ABŞ administrasiyası sifarişi 339, 2003-cü ildə isə 277 ədədə kimi məhdudlaşdırdı. Nəticədə cəmi 187 qırıcı inşa olundu və F-22 Raptor-un istehsalı dayandırıldı.
Belə görünür ki, F-35 proqramı ilə bağlı vəziyyət təkrarlanır, ancaq bu, amerikalıları qəti narahat eləmir. ABŞ Hərbi Hava Qüvvələri "havada üstünlük" əldə etmək üçün öz qarşısına yeni iddialı tapşırıqlar qoyur.
Fizika qanunlarına zidd olaraq
Amerikanın yüksək səlahiyyətli hərbçisi Mark Kelli bu günlərdə bəyan etdi ki, son 20 ildə ABŞ Hərbi Hava Qüvvələri "əlverişli şəraitdə" duyuş əməliyyatlarının aparılması üçün optimallaşdırılıb və "əsas düşmənlə" (yəni, Çinlə) intensiv münaqişədə qalib gəlmək üçün inqilabi dəyişikliklər tələb edir. Kelli belə hesab edir ki, Çin hərbi qüvvələrinin strukturu və sistemi "elə layihələndirilib ki, hərbi əməliyyatların ilk 30 saatı ərzində bizim son 30 ildə Yaxın Şərqə vurduğumuzdan daha böyük zərbə vursun (https://www.airforcemag.com/war-with-china-will-end-badly-if-usaf-gives-up-air-supremacy/).
Qeyd edək ki, Çin ABŞ-a qarşı dinc münasibət bəsləyir, amma amerikalılar üçün bunun heç bir əhəmiyyəti yoxdur.
General Kelli onu da bildirib ki, Rusiya ona görə Krımı bircə güllə atmadan öz ərazisinə "ilhaq edə" və Çin Cənubi-Çin dənizinin bir hissəsinə dair iddia irəli sürə bildi ki, ABŞ-ın yaranmış vəziyyətlə əlaqədar olaraq düşmənin inkişaf etmiş Hava Hücumundan Müdafiə vasitələri ilə mübarizə aparması çətinləşib. Belə görünür ki, 20 il Əfqanıstanda uğursuz hərbi əməliyyatlar aparan amerikalılar bundan dərs çıxarmayıblar və yeni müharibəyə hazırlaşırlar.
General Kelli belə hesab edir ki, üzərində iş başa çatdırılmamış Amerika qırıcıları yaxın gələcəkdə düşmənin hər hansı bir hava hücumundan müdafiə sistemini yararaq, aviasiyasını və ən əhəmiyyətli hədəflərini məhv edərək A2/AD (Anti-Access/Area-Denial – NATO qoşunlarının ziyan vermədən girə bilməyəcəkləri yüksək riskli bölgələr) zonasına daxil ola biləcəklər.
Altıncı nəsil "Next Generation Air Dominance" qırıcılarının yaradılmasını nəzərdə tutan Amerika proqramı (https://www.gazeta.ru/army/2021/09/08/13964954.shtml) inteqrasiya olunmuş sistemlər yaratmağı hədəfləyir: pilotlu təyyarələr, dronlar, kosmik gəmilər və kiberplatformalar. Nə deyirik ki, yaşayarıq, görərik...
Bu yüksəktexnologiyalı layihədə prinsipial olaraq təzə bir şey yoxdur. Amerikalılar mövcud çoxqütblü reallığa zidd olaraq silah gücünə dünyada hökmran olmağa can atırlar. Ancaq ABŞ-ın uğursuz F-35 qırıcıları və pis uçan hipersəsli raketləri artıq xroniki hal almış texniki gerilikdən xəbər verir. Necə deyərlər, Allah verməyəndə vermir...
Xəbər lenti
0