https://sputnik.az/20210930/milli-mclis-hid-aillrin-veriln-mavintin-tqadl-vzlnmsini-tsdiq-edib-433693452.html
Milli Məclis şəhid ailələrinə verilən müavinətin təqaüdlə əvəzlənməsini təsdiq edib
Milli Məclis şəhid ailələrinə verilən müavinətin təqaüdlə əvəzlənməsini təsdiq edib
Sputnik Azərbaycan
Şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T18:25+0400
2021-09-30T18:25+0400
2021-09-30T18:39+0400
milli məclis
azərbaycan xəbərləri
şəhid ailələri
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_0:0:1800:1014_1920x0_80_0_0_d825fc68d136405a547658f5f5a9beae.jpg
BAKI, 30 sentyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişikliklər müzakirə edilib.Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib ki, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa da sənəddən çıxarılır.Onun sözlərinə görə, dəyişikliklər "Sosial müavinətlər haqqında" 2020-ci il 29 dekabr tarixli 241-VIQD nömrəli qanuna və Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmanına əsasən hazırlanıb. Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb.O bildirib ki, şəhid ailələrinə verilən aylıq 21 manat kommunal pulu 200 manat artırılan təqaüdlə əvəz olunub. Valideyn himayəsindən məhrum olan uşaqlara verilən 5 manat məbləğində vəsait valideynə verilən 200 manatlıq və 80 manatlıq aylıq təminatla əvəzlənir. Hər iki qanun layihəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial müdafiəsini dəstəkləmək mahiyyəti daşıyır.Qeyd edək ki, şəhid ailəsi üzvləri üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təqaüdlə əvəz olunduğu üçün müvafiq dəyişiklik təklif olunur. Həmçinin mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqları üçün qanunda müvafiq dəyişiklik təklif olunub.Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_102:0:1711:1207_1920x0_80_0_0_e339975df444323b3f84d1df446cf4ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, şəhid ailələri
milli məclis, şəhid ailələri
Milli Məclis şəhid ailələrinə verilən müavinətin təqaüdlə əvəzlənməsini təsdiq edib
18:25 30.09.2021 (Yenilənib: 18:39 30.09.2021) Şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb.
BAKI, 30 sentyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişikliklər müzakirə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib ki, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.
Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa da sənəddən çıxarılır.
Onun sözlərinə görə, dəyişikliklər "Sosial müavinətlər haqqında" 2020-ci il 29 dekabr tarixli 241-VIQD nömrəli qanuna və Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1223 saylı Fərmanına əsasən hazırlanıb. Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilib və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb.
O bildirib ki, şəhid ailələrinə verilən aylıq 21 manat kommunal pulu 200 manat artırılan təqaüdlə əvəz olunub. Valideyn himayəsindən məhrum olan uşaqlara verilən 5 manat məbləğində vəsait valideynə verilən 200 manatlıq və 80 manatlıq aylıq təminatla əvəzlənir. Hər iki qanun layihəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial müdafiəsini dəstəkləmək mahiyyəti daşıyır.
Qeyd edək ki, şəhid ailəsi üzvləri üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təqaüdlə əvəz olunduğu üçün müvafiq dəyişiklik təklif olunur. Həmçinin mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqları üçün qanunda müvafiq dəyişiklik təklif olunub.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.