SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: "Ermənistan üçtərəfli bəyanata əməl etmir"

© Sputnik / Murad OrudjevAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə görə üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya və nəqliyyat yollarının açılması prosesi də ləngiyir.
BAKI, 30 sentyabr - Sputnik. Ermənistan hələ də əldə üçtərəfli bəyanatın razılaşmalarına əməl etmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının Xarici işlər naziri Yakub Kulhanek ilə Bakıda keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan əldə olunan razılaşmalara əməl edir, Ermənistan isə üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır: "Bəyanatın imzalanmasından 10 ay keçməsinə baxmayaraq Ermənistan hələ də azad olunan ərazilərin mina xəritələrini tam olaraq verməyib. Bu ilin iyun və iyul aylarında təqdim olunan xəritələrin keyfiyyəti isə aşağı olub. Bu isə mülki insanların ölümünə səbəb olub. Belə ki, bu dövr ərzində 167 şəxs işğaldan azad olunan ərazilərdə minaya düşüb. Onların da böyük əksəriyyəti mülki şəxslərdir. Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq mina xəritələrinin verilməsi prosesinin başa çatdırılmaması, işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işlərini və məcburi köçkünlərin həmin ərazilərə qayıtması prosesinin templərini ləngidir", - deyə nazir bildirib.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yakub Kulhanek ilə  - Sputnik Azərbaycan, 1920, 30.09.2021
İQTİSADİYYAT
Azərbaycan və Çexiya azad edilmiş ərazilərin bərpasında əməkdaşlıq edə bilərlər
Ceyhun Bayramov eyni zamanda qeyd edib ki, Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə görə üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya və nəqliyyat yollarının açılması prosesi də ləngiyir.
Xəbər lenti
0