https://sputnik.az/20210930/azrbaycanda-futbol-klublar-crimlnib-433690596.html
Azərbaycanda futbol klubları cərimələnib
Azərbaycanda futbol klubları cərimələnib
Sputnik Azərbaycan
"Keşlə" – "Qarabağ" oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T16:36+0400
2021-09-30T16:36+0400
2021-09-30T16:36+0400
futbol
idman
qarabağ fk
"neftçi" futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0a/424640331_0:0:3073:1728_1920x0_80_0_0_9f56e571ded831f37c616700644a6305.jpg
BAKI, 30 sentyabr — Sputnik. Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən qərarları təqdim edir.Premyer Liqanın V turunun "Keşlə" – "Qarabağ" oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur."Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur."Səbail" – "Zirə" oyununda matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur."Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur."Sabah" – "Neftçi" oyununda "Neftçi" klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur."Sumqayıt" – "Qəbələ" oyununda "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.I Divizionun III turunun "Kəpəz" – "Qarabağ-2" oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur."Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur."Neftçi-2" – "Qaradağ Lökbatan" oyununda matçın 53-cü dəqiqəsində "Neftçi-2" komandasının 70 nömrəli futbolçusu Asim Əlizadə "kobud oyuna" görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur."Turan Tovuz" – "Sabah-2" oyununda "Turan Tovuz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur."Sabah-2" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur."Zirə-2" – MOİK oyununda matçın 81-ci dəqiqəsində "Zirə-2" komandasının 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0a/424640331_0:0:2731:2048_1920x0_80_0_0_3561539184b5c96adce0972d0b3aee73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
futbol, qarabağ fk, "neftçi" futbol klubu
futbol, qarabağ fk, "neftçi" futbol klubu
Azərbaycanda futbol klubları cərimələnib
"Keşlə" – "Qarabağ" oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
BAKI, 30 sentyabr — Sputnik. Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən qərarları təqdim edir.
Premyer Liqanın V turunun "Keşlə" – "Qarabağ" oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
"Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
"Səbail" – "Zirə" oyununda matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
"Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Sabah" – "Neftçi" oyununda "Neftçi" klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.
"Sumqayıt" – "Qəbələ" oyununda "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
I Divizionun III turunun "Kəpəz" – "Qarabağ-2" oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.
"Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
"Neftçi-2" – "Qaradağ Lökbatan" oyununda matçın 53-cü dəqiqəsində "Neftçi-2" komandasının 70 nömrəli futbolçusu Asim Əlizadə "kobud oyuna" görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
"Turan Tovuz" – "Sabah-2" oyununda "Turan Tovuz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
"Sabah-2" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
"Zirə-2" – MOİK oyununda matçın 81-ci dəqiqəsində "Zirə-2" komandasının 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.