Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta COVID-19 pasportu əməliyyatı davam edir: Ağstafalı həkimlər suç üstə yaxalandı

© Sputnik / Murad OrujovCOVID-19 pasportu, arxiv şəkli
COVID-19 pasportu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Xəbərlərə abunə olun
Cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
BAKI, 29 sentyabr — Sputnik. "Ağstafa rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
Ağstada rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала