https://sputnik.az/20210929/prokurorlar-pe-bayramnda-hid-v-qazi-aillrini-ziyart-ediblr-433626910.html
Prokurorlar peşə bayramında şəhid və qazi ailələrini ziyarət ediblər
Prokurorlar peşə bayramında şəhid və qazi ailələrini ziyarət ediblər
Sputnik Azərbaycan
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T11:30+0400
2021-09-29T11:30+0400
2021-09-29T11:30+0400
qazi
cəmiyyət
şəhid
şəhid ailələri
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433626819_78:0:1074:560_1920x0_80_0_0_be9f52b310b4bed140d124cff4fa3737.jpg
BAKI, 29 sentyabr — Sputnik. 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım günü və 1 Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə I və II Qarabağ müharibələrində iştirak etmiş şəhid və qazi ailələri prokurorluq işçiləri tərəfindən ziyarət edilib.Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 26-28 sentyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun işçiləri hər bir şəhid və döyüşlərdə yaralanmış qazi ailəsinin üzvləri ilə görüşərək onların dərdlərinə şərik olmuş, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün qəhrəmanlıqlarından danışıblar.Ziyarətin yekununda xatirə fotoşəkilləri çəkilib.Qeyd edək ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433626819_203:0:950:560_1920x0_80_0_0_5147f3ceb11613310149381174d0d259.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qazi, şəhid, şəhid ailələri
qazi, şəhid, şəhid ailələri
Prokurorlar peşə bayramında şəhid və qazi ailələrini ziyarət ediblər
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
BAKI, 29 sentyabr — Sputnik. 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım günü və 1 Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə I və II Qarabağ müharibələrində iştirak etmiş şəhid və qazi ailələri prokurorluq işçiləri tərəfindən ziyarət edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 26-28 sentyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun işçiləri hər bir şəhid və döyüşlərdə yaralanmış qazi ailəsinin üzvləri ilə görüşərək onların dərdlərinə şərik olmuş, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün qəhrəmanlıqlarından danışıblar.
Ziyarətin yekununda xatirə fotoşəkilləri çəkilib.
Qeyd edək ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.