CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə əhalisinin 12,1 faizi pensiyaçıdır

© © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Cari ilin iyulun 1-inə olan məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edib.
BAKI, 28 sentyabr — Sputnik. Cari ilin avqust ayında yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onların 39,6%-ini kişilər, 60,4%-ini isə qadınlar təşkil edib.
Məlumat üçün bildirək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edib. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.
Xəbər lenti
0