Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şəhidlərimizlə bərabər, onların qürurunu qoruyan xanımları da yad edilməlidir - Rejissor

© Sputnik / Murad OrujovАкция на бакинском бульваре, приуроченная ко Дню Государственного флага
Акция на бакинском бульваре, приуроченная ко Дню Государственного флага - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Rejissordan Azərbaycan uğrunda canını fəda edən şəhidlərimizin həyat yoldaşlarının xatirəsinə həsr olunmuş videoçarx.
BAKI, 28 sentyabr — Sputnik. Rejissor Elçin Elxanlı Azərbaycan uğrunda canını fəda edən şəhidlərimizin həyat yoldaşlarının xatirəsinə həsr olunmuş "Ayrılıq valsı" adlı videoçarx hazırlayıb.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissor bildirir ki, şəhidlərimizlə bərabər, bu gün onların qürurlu qadınları da yad edilməlidir:
"Bir il əvvəl yüzlərlə gənc cütlük var idi. Bu gün isə yüzlərlə dul qalan şəhid xanımları var. Belə bir deyim var, hər güclü kişinin arxasında güclü qadın dayanıb. O igidlərimizə o gücü verən də onların xanımları olub. Elələri var ki, onların heç övladları da olmayıb. Yenicə ailə həyatı qurublar və ömür yoldaşları şəhid olub. Gənc yaşlarında tək qalmaqlarına rəğmən, yenidən ailə həyatı da qurmayıblar. Bu, həm birinci Qarabağ savaşında olub, həm də İkinci Qarabağ savaşında".
Rejissor yaradıcı heyət haqqında məlumat verərkən bildirib ki, ideya müəllifi özü və Dövlət Pantomima Teatrının aktyoru Cavad Nurdur: "Cavad orada həm də şəhid obrazını canlandırıb. Çarxın əsas qəhramanı - şəhidin xanımını isə aktrisa İranə Kərimova canlandırıb. Videoçarxda səslənən musiqinin bəstəkarı Azər Hacıəsgərli, pianoda ifa isə Səbinə Bəylərbəyovaya məxsusdur. Çarxın ərsəyə gəlməsində DTX Mədəniyyət Mərkəzinə, şəxsən Cabir İmanova təşəkkür edirəm".
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала