Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Pfizer"in rəhbəri pandemiyadan sonra dünyanın normal həyata qayıdacağı vaxtı açıqladı

© AFP 2024 / JONAS ROOSENSЛоготип компании Pfizer, фото из архива
Логотип компании Pfizer, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Albert Burla deyib ki, bizim sərəncamımızda koronavirusa qarşı ən azı bir il təsir edəcək preparatlar yaranacaq.
BAKI, 27 sentyabr — Sputnik. ABŞ-ın "Pfizer" peyvəndinin İdarə Heyətinin baş icraçı direktoru Albert Burla bildirib ki, COVID-19 pandemiyasından sonra normal həyata qayıtmağın bir il ərzində mümkün olduğunu və bunun üçün əhalinin illik peyvənd edilməsini tələb etdiyini bildirib.
"Düşünürəm ki, biz normal həyata qayıda bilərik. Bu o demək deyil ki, koronovirusun yeni ştammların ortaya çıxacağını zənn edirəm. Mən düşünmürəm ki, peyvənd olmadan biz normal həyat yaşaya bilməyəcəyik. Bizim sərəncamımızda koronavirusa qarşı ən azı bir il təsir edəcək preparatlar yaranacaq. Hesab edirəm ki, ən çox ehtimal olunan ssenari əhalinin illik peyvənd edilməsidir", - deyə Burla bazar günü ABC telekanalında qeyd edib.
O, həmçinin şirkətin 5-11 yaş arası uşaqlar üzərində peyvəndin tədqiqatına dair məlumatları tezliklə ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyəti üzrə Sanitar Nəzarət İdarəsi tərəfindən nəzərdən keçirilməsi üçün təqdim edəcəyini söyləyib. Burlanın sözlərinə görə, tədqiqat bu yaş qrupu üçün preparatların effektivliyini və etibarlılığını sübut edib.
Xəbər lenti
0