Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi"

© Sputnik / Murad OrujovBakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş.
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş. - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Xəbərlərə abunə olun
Azərbaycan lideri qeyd edib ki, bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.
BAKI, 27 sentyabr — Sputnik. 44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün - Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.
"Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər.
Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır", - deyə İlham Əliyev bildirib.
Eləcə də oxuyun:
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
Ali Baş Komandan: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"
Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала