Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda təhsil alan əfqan tələbələrin sayı açıqlandı

© AFP 2021 / WAKIL KOHSARВид на Кабул, фото из архива
Вид на Кабул, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Xəbərlərə abunə olun
Təhsil Nazirliyi Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq ölkəmizdə təhsil alan tələbələrin sayını açıqlayıb.
BAKI, 27 sentyabr — Sputnik. Ötən il Azərbaycanda təhsil alan əfqan tələbələrin sayı açıqlanıb. Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, 2020-2021-ci illərdə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan Əfqanıstan vətəndaşlarının sayı 50-yə yaxın olub.
Cari ilə aid rəqəmlərə gəldikdə isə, bununla bağlı hələlik heç bir şey açıqlanmayıb. Sadəcə olaraq bildirilib ki, 2021-2022-ci tədris ili üzrə yerli ali təhsil müəssisələrində təhsil alacaq əcnəbi tələbələrin hazırda qəbul prosesi davam edir.
Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov mediaya açıqlamasında bildirmişdi ki, Əfqanıstanın müvafiq qurumları ilə Azərbaycanın ali məktəblərinə qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsi müzakirə olunur.
Taliban*nın "təhsil islahatı"
Bir müddət öncə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban*ın təmsilçisi Zabiulla Mücahid məşhur dərgilərdən birinə açıqlamasında bildirib ki, hərəkat qızların məktəbə getməsinin əleyhinə deyil, ancaq bunun üçün təhlükəsiz mühit və təhlükəsiz nəqliyyat təmin olunmalıdır. O əlavə edib edib ki, qızlar və qadınlar üçün bütün sahələrdə, o cümlədən təhsil sahəsində təhlükəsiz mühitin yaradılması üçün xüsusi komitə təsis ediləcək.
Sentyabrın 6-da isə Taliban* rejimi Əfqanıstanın özəl universitetlərində oxuyan qızların təhsil müəssisələrinə getmək qaydalarını müəyyən edən fərman verib. Fərmanda qızların niqab taxması və təhsilin kişi tələbələrdən ayrı keçirilməsi əks olunub.
Xatırladaq ki, 6 sentyabrdan Əfqanıstanda özəl universitetlərdə əyani təhsil başlayıb.
 
 
 
 
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала