Acı xatirələri dindirməyək: Savaşa kasıb əsgər kimi gedib, qürurlu vətəndaş kimi döndülər

© AFP 2023 / STRINGERАзербайджанский военнослужащий, фото из архива
Азербайджанский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.09.2021
Abunə olmaq
Onlar 44 günlük müharibədə verilən hər bir tapşırığı layiqincə yerinə yetirərək bu gün məğlubolunmaz ordunun əsgərləri kimi qarşımızda dayanıblar. Müharibənin iştirakçıları yaddaşları təzələdilər.
BAKI, 26 sentyabr — Sputnik. 44 günlük Vətən Müharibəsi iştirakçısı Cəmaləddin İmamzadə də könüllü olaraq müharibəyə yollananlardandır. Qubadlı, Cəbrayıl döyüşlərində iştirak edib. Vətən Müharibəsi Əlillərinin İctimai Birliyinin üzvüdür. 2020-ci il iyulun 29-da könüllü olaraq cəbhəyə yazılıb. Sentyabrın 29-da artıq onu müharibəyə çağırıblar. Beləcə, könüllü olaraq müharibəyə yollanıb və bu ilin 9 yanvarında tərxis edilib. 
© Sputnik / Murad OrujovVətən Müharibəsi iştirakçısı Cəmaləddin İmamzadə
Cəmaləddin İmamzadə  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Vətən Müharibəsi iştirakçısı Cəmaləddin İmamzadə
O, Sputnik Azərbaycan-a müharibə və qələbə ruhundan danışarkən deyib ki, müharibədə olmaq gözəl hissdir:
"Ən azından torpaqlarımızı düşmən tapdağından azad edə bildik. Qarabağa gedə bilirik, Qarabağda ola bilirik, bununla fəxr edirik. Qarabağ Azərbaycandır! Bu gün bizim üçün ən qürurverici günlərdən biridir. Bu münasibətlə hər kəsi təbrik edirik".
29 yaşlı digər müharibə iştirakçısı isə Elvin Qəhrəmanlıdır. O da müharibəyə könüllü gedənlər sırasındadır: "Müharibəyə könüllü olaraq getmişəm. Oktyabrın 1-də artıq müharibə iştirakçısı idim. 44 günlük müharibədə mənə verilən hər bir tapşırığı lazımınca yerinə yetirib bu gün məğlubolunmaz ordunun əsgəri kimi qarşınızda dayanmışam".
E.Qəhrəmanlı döyüşə getdiyi və qələbə gününün tarixini qoluna döydürüb. Həmsöhbətimiz Ağdərə, Suqovuşan, Talış, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Çətin də olsa, bir qədər xatirələrindən söz açır: "Yaddaqalan xatirələrimiz çox olub. Qələbə qazandıqca sevinirdik. Amma həmişə bir gözümüz sevinəndə, bir gözümüz də ağlayırdı. Şəhidlərimiz olurdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də onlardan biri ola bilərdim. Bizim orada ağladığımız günlər də olub, sevindiyimiz günlər də. Xəyallara çox da dalmaq istəmirəm. Çünki o xatirələrdə acılarımız da uyuyur".
© Sputnik / Murad OrujovVətən Müharibəsi iştirakçısı Elvin Qəhrəmanlı
Elvin Qəhrəmanlı - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Vətən Müharibəsi iştirakçısı Elvin Qəhrəmanlı
29 yaşlı həmsöhbətimizin uşaqlığı da müharibə illərinə təsadüf edib: "Özüm Qərbi Azərbaycandanam. Ailəmizdə vətənpərvərlik ruhu çox böyük olub. Böyük əmim də hər zaman bizə belə mili dəyərləri təbliğ edib. Uşaq ikən də arzulayırdım ki, tez böyüyüm, müharibəyə gedib Qarabağı azad edim. Kişi kimi döyüşüb qayıtmışıq".
Həmsöhbətimiz oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşdə ayağından qəlpə yarası alsa da, bir müddət Ağdam rayonunun Sarıcalı kəndində xəstəxanada qaldıqdan sonra yenidən geri dönüb. O, müzəffər ordunun şanlı əsgəri olaraq hər kəsi bu bayram münasibətilə təbrik edir: "Biz xalqımızı elə müharibə bitən gündən təbrik etmişik. Biz kasıb olsaq da, bu ürəklərimizlə hər kəsi sevindirə bilmişiksə, nə gözəl".
Digər müharibə iştirakçısı, 35 yaşlı Rafiq Mürsəlov isə iştirak etdiyi döyüşlərin birində kəllə-beyin travması alıb: "Oktyabrın 1-də könüllü olaraq müharibəyə qatılmışam. İlk olaraq Tərtər, Ağdərə, Suqovuşan istiqamətində döyüşmüşəm. Dekabrın sonu isə tərxis olunmuşam. Ən ağır döyüşlərim Ağdərə və Suqovuşan istiqamətində idi. Hücumda olarkən minaatan partlamışdı. Buna görə kəllə-beyin travması almışam və psixi pozuntularım var. Qalib əsgər ruhu elə bir hissdir ki, onu dillə izah edə bilmərəm. Döyüşü dillə izah edə bilərəm, amma bu sevinci yox. Çox sevinirəm ki, bizə olunan zülümlərin qisasını ala bildik".
© Sputnik / Murad OrujovVətən müharibəsi iştirakçısı Rafiq Mürsəlov
Rafiq Mürsəlov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Vətən müharibəsi iştirakçısı Rafiq Mürsəlov
Beləcə, 90-cı illərdə o torpaqlardan ayaqlarımız kəsilsə də, bu gün elə daha çox 90-cı illərdə doğulan nəslin sayəsində geriyə, evimizə - Qarabağa qayıda bildik.
Xəbər lenti
0