CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTA: Azərbaycan turizmi bərpa olunmağa başlayır

© Sputnik / Murad OrujovТуристы в сувенирном магазине в Баку
Туристы в сувенирном магазине в Баку - Sputnik Azərbaycan, 1920, 25.09.2021
Abunə olmaq
Nazirlik rəsmisi: daxili turizmn bərpası sahibkarlara itkilərdən qayıtmaq imkanı yaratdı. Azərbaycana gəlmə imkanı olan ölkələrin coğrafiyası artdıqca, sənaye özünü bərpa edəcək.
BAKI, 25 sentyabr — Sputnik. Karantin qaydaları yumşaldıldıqdan sonra turizm sektorunda canlanma var. Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri, Agentliyin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayından etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına başlanıldığından, daxili turizmin bərpa edilməsi imkanları yaranıb:
"Paytaxtdan regionlara gediş-gəlişin bərpa edilməsi ilə turizm imkanları genişlənməyə başladı. Yayda daxili turizm aktivləşmişdi. İnsanların ənənəvi marşrutlarla Bakı-Şimal, Bakı-Şimal-Qərb, Cənub istiqamətinə səfərləri intensivləşmişdi. Monitorinqlərimiz göstərirdi ki, istirahət və bayram günlərində turistik məkanlarda hotellərdə 80 faiz doluluq müşahidə olunub. Bu turizm sənayesinin bərpa olunmasından xəbər verən rəqəmlər idi".
K. Quluzadə bildirib ki, gəlmə və getmə turizmdən isə getmə turizmdə canlanma müşahidə olunur:
"Azərbaycanın hava məkanlarının ölkə vətəndaşları və rezidentləri üçün açılması ciddi artıma səbəb oldu. Proses göstərir ki, Azərbaycan turizmi bərpa olunmağa başlayır. Biz artıq canlı sərgilərdə iştirak etməyə başlayırıq. Azərbaycan böyük bazara qayıdır. Artıq xarici ofislərimizin fəaliyyəti bərpa edilir,yeni ofislərimizi açırıq".
Müşavir bildirib ki, pandemiya dövründə dünyada olduğu Azərbaycanda da turizm sahəsində 80 faiz geriləmə olub:
"İtkilər çox ciddi idi. Dövlət xətti ilə sənayeyə təxminən 60 milyon manat məbləğində yardım edilib. Bu iş yerlərinin qorunması üçün atılan addımlardandır. İş yerlərində müəyyən itkilər olsa da, əsasən sənaye özünü qoruyub saxladı. Daxili turizmn bərpası sahibkarlara itkilərdən qayıtmaq imkanı yaratdı. Azərbaycana gəlmə imkanı olan ölkələrin coğrafiyası artdıqca, sənaye özünü bərpa edəcək. 2019-cu il Azərbaycan turizminin ən yaxşı ili sayılırdı. Biz 2023-cü ildə o rəqəmlərə yaxınlaşmağı, 2025-ci ildə isə tam bərpa olunmasına ümid edirik. Əlbəttə ki, pandemiya dövründə bunu proqnozlaşdırmaq çətindir. Çünki, pandemiya dalğalarla müşahidə olunur. Bununla belə Azərbaycan turistik məkanda qorunmuş ölkə sayılır. Əhalimizin çox hissəsi vaksinasiyadan keçir".
Həmçinin oxuyun:
Azərbaycanda yeni şərab marşrutları - Siyahıda Qarabağ da var
Azərbaycanda həyətyanı sahədə arxeoloji tədqiqat: abidə tək alban kilsəsindən ibarət deyil
Xəbər lenti
0