Yeni Əfqanıstan hökuməti Moskvaya səfər etmək istədiyini bildirib

© AFP 2023 / AHMAD SAHEL ARMANСилы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер
Силы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Zabiullah Mücahid həmçinin bildirib ki, Taliban* hərəkatı narkotik ticarətinin bütün yollarının aradan qaldırılmasına görə Rusiyadan kömək istəyib.
BAKI, 24 sentyabr — Sputnik. Yeni Əfqanıstan hökuməti Rusiya ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirməyi və Moskvaya səfər etmək üçün dəvət gözləyir. Bu barədə ölkənin müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid RİA Novosti-yə müsahibəsində bildirib.
"Biz Moskvaya səfər üçün dəvət gözləyirik. Heç bir problemimiz yoxdur, Rusiya hökuməti ilə əlaqələrin yüksək səviyyədə olmasını xahiş edirik. Rusiya Federasiyası bizim üçün vacib qonşudur və inşallah, gün gələcək, Kabillə Moskva arasında möhkəm əlaqələrin şahidi olacağıq", - deyə Mücahid bildirib.
Zabiullah Mücahid həmçinin bildirib ki, Taliban* hərəkatı narkotik ticarətinin bütün yollarının aradan qaldırılmasına görə Rusiyadan kömək istəyib.
Onun sözlərinə görə, yeni Əfqanıstan hakimiyyəti narkotik qaçaqmalçılığını dayandırmağa çalışır və bu məsələdə Moskvanın kömək edəcəyinə inanır, çünki bölgədə sülh və sabitlik də Rusiyanın maraqlarına uyğundur. Spiker ölkədə narkotik tərkibli bitkilərin yetişdirilməsinin ciddi bir problem olduğunu və yeni hakimiyyətin fermerlərə alternativ təklif edə bilməsinin vacib olduğunu qeyd edib.
Bu yaxınlarda BMT taliblərin Əfqanıstanı ələ keçirməzdən əvvəl narkotik ticarəti və digər qanunsuz mənbələrdən yüz milyonlarla dollar aldıqlarını bildirib. Əfqanıstan Mərkəzi Bankının "Maliyyə Əməliyyatları və Hesabatlarının Təhlili Mərkəzi"nin (FinTRACA) internet saytında Taliban* hələ də dollarla nağd pulun yatırılmasına və ya çıxarılmasına görə qadağan edilmiş terrorçu qrupu olaraq siyahıya alınıb. Təşkilatın üzvləri ölkənin maliyyə sistemi üçün yüksək risk yaradan şəxslərin "nəzarət siyahısına" daxildir. Taliblər "FinTRACA" mütəxəssislərini ölkə iqtisadiyyatını canlandırmağa kömək etməsi üçün işə qayıtmağı çağırıb və keçmiş rəqibləri olaraq onlardan qisas almamağa söz verib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun:
Narışkin: Rusiya və ABŞ Əfqanıstana dair məlumat mübadiləsi aparırlar
Nuland Bayramovla görüşdən yazdı: Əfqanıstana görə Azərbaycana minnətdardırlar
Taliblər BMT ilə münasibətləri qurmaq üçün çağırış məktubu göndəriblər
Kabil aeroportu öz fəaliyyətini bərpa edib
Xəbər lenti
0