https://sputnik.az/20210924/Ceyhun-Bayramov-iranli-hemkari-ile-gorusdu-428001725.html
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
Sputnik Azərbaycan
Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T09:41+0400
2021-09-24T09:41+0400
2021-11-17T00:05+0400
siyasət
cəmiyyət
xəbərlər
ceyhun bayramov
xin
iran
nyu-york
görüş
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428001857_0:446:1600:1350_1920x0_80_0_0_de02fbb45f4e7b65f9bd79440ecd18b6.jpg
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində cümə axşamı, sentyabrın 23-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər.Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib.Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.Eləcə də oxuyun: XİN rəhbəri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşübCeyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşübNuland Bayramovla görüşdən yazdı: Əfqanıstana görə Azərbaycana minnətdardırlarCeyhun Bayramov ATƏT sədri və Macarıstan XİN başçısı ilə görüşdə nədən danışıb?Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşdü
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428001857_0:395:1600:1401_1920x0_80_0_0_66976f32cb959ff82521ecf116d2431d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, ceyhun bayramov, xin, iran, nyu-york, görüş, azərbaycan
xəbərlər, ceyhun bayramov, xin, iran, nyu-york, görüş, azərbaycan
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
09:41 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində cümə axşamı, sentyabrın 23-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.
Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib.
Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.
Nuland Bayramovla görüşdən yazdı: Əfqanıstana görə Azərbaycana minnətdardırlar
Ceyhun Bayramov
Avropa Şurasının baş katibi ilə görüşdü