Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb

© AFP 2023 / ANDREJ ISAKOVICВид на город Баку, фото из архива
Вид на город Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.
BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.
Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Nazir bildirib ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.
Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.
O qeyd edib ki, son 15 ayda 5 mindən çox KOB (Kiçik və Orta Biznes) 1,4 milyard manat məbləğində kredit üçün müraciət edib. 
Həmçinin oxuyun:
* Qarabağda ofşor və onşor layihələr icra ediləcək - Mikayıl Cabbarov
 
Xəbər lenti
0