https://sputnik.az/20210923/Qlobal-istilm-Azristiliktchizatn-iin-tsir-edibmi-427993694.html
Qlobal istiləşmə "Azəristiliktəchizat"ın işinə təsir edibmi?
Qlobal istiləşmə "Azəristiliktəchizat"ın işinə təsir edibmi?
Sputnik Azərbaycan
Qurum hələlik qlobal istiləşmə prosesini nəzərə alaraq istilik mövsümünün müddətinə yenidən baxmaq niyyətində deyil, hətta bəzən güclü küləklər mövsümə... 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T10:23+0400
2021-09-23T10:23+0400
2021-09-23T11:24+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/40758/24/407582432_0:50:2000:1175_1920x0_80_0_0_cbd13910b4feb94fd95d4efbcd068aa9.jpg
BAKI, 23 sentyabr — Sputnik. Qlobal istiləşmə Azərbaycanda istilik mövsümünün müddətində dəyişikliyə səbəb olmayıb. Bunu Sputnik Azərbaycan-a "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.Qeyd edək ki, son illər Azərbaycanda temperatur göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsi müşahidə olunur. Çox vaxt hava şəraiti iqlim normasından 1-2 dərəcə yuxarı olur. Bununla belə, ASC-dən bildirilir ki, qlobal istiləşmə prosesi qurumun istilik mövsümünün başlama və başa çatma müddətinə yenidən baxılmasına öz təsirini göstərməyib.Mövcud təlimata əsasən, abonentlərə istilik noyabr ayından verilməyə başlanılır. Daha dəqiq desək, dağlıq və dağətəyi rayonlarda istilik mövsümü noyabrın 1-dən start götürür. Bakı və digər ərazilərdə bu proses noyabrın 15-də başlayır. Ancaq bəzən Bakıda istilik mövsümünün daha tez başlamasına tələbat yarana bilər. Mövsüm, adətən, beş ay çəkir."Hələlik biz Azərbaycanda qlobal istiləşmənin təsirinin istilik mövsümünü qısaldacaq dərəcədə olduğunu hiss etmirik. Əksinə, istiliyə tələbat artıb. Normaya əsasən, istilik mövsümü yalnız o halda tez başlaya bilər ki, beş gün ərzində havanın temperaturu 8 dərəcədən aşağı olsun. Buna baxmayaraq, Bakı çox küləkli şəhər olduğundan, burada hətta orta temperatur qeydə alındığı günlərdə belə, hiss edilən soyuqluq daha çox olur.Odur ki uşaqların, yaşlıların yaşadığı binalara vaxtından əvvəl istilik vermək məcburiyyətində qalırıq. Bəzi müəssisələrin rəhbərləri binaların vaxtından əvvəl istiliklə təchiz olunması xahişi ilə quruma müraciət edirlər", – deyə "Azəristiliktəchizat"ın nümayəndəsi qeyd edib.Həmçinin oxuyun:* Valideynlər deyir məktəblərdə istilik yoxdur, Nazirlik və "Azəristiliktəchizat" deyir var* "Azəriqaz" İB "Azəristiliktəchizat" ASC-nin istiliklə bağlı açıqlaması barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40758/24/407582432_433:0:2000:1175_1920x0_80_0_0_4bd9e1428874c126ea71e835df981865.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
Qlobal istiləşmə "Azəristiliktəchizat"ın işinə təsir edibmi?
10:23 23.09.2021 (Yenilənib: 11:24 23.09.2021) Qurum hələlik qlobal istiləşmə prosesini nəzərə alaraq istilik mövsümünün müddətinə yenidən baxmaq niyyətində deyil, hətta bəzən güclü küləklər mövsümə vaxtından əvvəl başlamağa vadar edir.
BAKI, 23 sentyabr — Sputnik. Qlobal istiləşmə Azərbaycanda istilik mövsümünün müddətində dəyişikliyə səbəb olmayıb. Bunu
Sputnik Azərbaycan-a "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Qeyd edək ki, son illər Azərbaycanda temperatur göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsi müşahidə olunur. Çox vaxt hava şəraiti iqlim normasından 1-2 dərəcə yuxarı olur. Bununla belə, ASC-dən bildirilir ki, qlobal istiləşmə prosesi qurumun istilik mövsümünün başlama və başa çatma müddətinə yenidən baxılmasına öz təsirini göstərməyib.
Mövcud təlimata əsasən, abonentlərə istilik noyabr ayından verilməyə başlanılır. Daha dəqiq desək, dağlıq və dağətəyi rayonlarda istilik mövsümü noyabrın 1-dən start götürür. Bakı və digər ərazilərdə bu proses noyabrın 15-də başlayır. Ancaq bəzən Bakıda istilik mövsümünün daha tez başlamasına tələbat yarana bilər. Mövsüm, adətən, beş ay çəkir.
"Hələlik biz Azərbaycanda qlobal istiləşmənin təsirinin istilik mövsümünü qısaldacaq dərəcədə olduğunu hiss etmirik. Əksinə, istiliyə tələbat artıb. Normaya əsasən, istilik mövsümü yalnız o halda tez başlaya bilər ki, beş gün ərzində havanın temperaturu 8 dərəcədən aşağı olsun. Buna baxmayaraq, Bakı çox küləkli şəhər olduğundan, burada hətta orta temperatur qeydə alındığı günlərdə belə, hiss edilən soyuqluq daha çox olur.
Odur ki uşaqların, yaşlıların yaşadığı binalara vaxtından əvvəl istilik vermək məcburiyyətində qalırıq. Bəzi müəssisələrin rəhbərləri binaların vaxtından əvvəl istiliklə təchiz olunması xahişi ilə quruma müraciət edirlər", – deyə "Azəristiliktəchizat"ın nümayəndəsi qeyd edib.