https://sputnik.az/20210923/Lavrovun-zarafat-NATO-nun-ba-katibini-d-gldrd-427996364.html
Lavrovun zarafatı NATO-nun baş katibini də güldürdü
Lavrovun zarafatı NATO-nun baş katibini də güldürdü
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Yens Stoltenberqlə görüş zamanı onları həvəslə çəkən jurnalistlərə "Uşaqlar, şansınızı... 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T15:35+0400
2021-09-23T15:35+0400
2021-09-23T15:25+0400
xəbərlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996324_0:0:3071:1728_1920x0_80_0_0_f8d5e18638409283e8c7501813ddd8e9.jpg
BAKI, 23 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO baş katibi Yens Stoltenberqlə görüşdə Rusiyanın Alyansla münasibətlərdəki gərginliyi azaltmaq təkliflərinə diqqət çəkib.Sputnik Azərbaycan xəbər verir ki, Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.Lavrov görüşdən əvvəl protokola uyğun foto çəkilişi zamanı jurnalistlərlə zarafat etməyi də unutmayıb:"Uşaqlar, şansınızı zorlamayın, Rusiya NATO-ya qoşulmağa hazırlaşmır".Lavrovun bu sözləri görüş iştirakçılarının, eləcə də NATO-nun baş katibi Stoltenberqin gülüşünə səbəb olub.Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya ilə NATO arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib."Rusiya tərəfindən təmas xətti boyunca gərginliyin azaldılmasına sərt şəkildə yenidən diqqət çəkildi", - deyə Rusiya XİN-in teleqram saytında qeyd olunub.Qeyd edək ki, hazırda Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası davam edir.Baş Assambleyanın bu ilki iclası "COVID-19 pandemiyasının keçid dövrü", "Davamlılığın bərpası", "Planetin ehtiyaclarına cavab vermək", "İnsan hüquqlarına hörmət" və "BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq" kimi mövzulara həsr edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996324_340:0:3071:2048_1920x0_80_0_0_9614f615104fe314722e689ef01c9387.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Lavrovun zarafatı NATO-nun baş katibini də güldürdü
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Yens Stoltenberqlə görüş zamanı onları həvəslə çəkən jurnalistlərə "Uşaqlar, şansınızı zorlamayın, Rusiya NATO-ya qoşulmayacaq", - deyib.
BAKI, 23 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO baş katibi Yens Stoltenberqlə görüşdə Rusiyanın Alyansla münasibətlərdəki gərginliyi azaltmaq təkliflərinə diqqət çəkib.
Sputnik Azərbaycan xəbər verir ki, Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Lavrov görüşdən əvvəl protokola uyğun foto çəkilişi zamanı jurnalistlərlə zarafat etməyi də unutmayıb:
"Uşaqlar, şansınızı zorlamayın, Rusiya NATO-ya qoşulmağa hazırlaşmır".
Lavrovun bu sözləri görüş iştirakçılarının, eləcə də NATO-nun baş katibi Stoltenberqin gülüşünə səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya ilə NATO arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.
"Rusiya tərəfindən təmas xətti boyunca gərginliyin azaldılmasına sərt şəkildə yenidən diqqət çəkildi", - deyə Rusiya XİN-in teleqram saytında qeyd olunub.
Qeyd edək ki, hazırda Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası davam edir.
Baş Assambleyanın bu ilki iclası "COVID-19 pandemiyasının keçid dövrü", "Davamlılığın bərpası", "Planetin ehtiyaclarına cavab vermək", "İnsan hüquqlarına hörmət" və "BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq" kimi mövzulara həsr edilib.