CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda güclü şimal-qərb küləyi gözlənilir

© AP Photo / Ann HeisenfeltВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz saatlarında arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 24-26° isti, Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Həmçinin oxuyun:
Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq
Xəbər lenti
0