CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad olunmuş ərazilərdə tarixi adların bərpası ilə bağlı təklif səsləndirilib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda İmarət kompleksinə aid Pənahəli Xanın dağılmış sarayı
Ağdamda İmarət kompleksinə aid Pənahəli Xanın dağılmış sarayı - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Onlayn iclasda komitənin fəaliyyəti barədə geniş məlumat verilib.
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlayn iclasda komitə sədri Siyavuş Novruzov komitənin fəaliyyəti barədə geniş məlumat verib və parlamentin payız sessiyası çərçivəsində iş planı haqqında danışıb.
S.Novruzov iş planı ilə bağlı bildirib ki, qarşıdakı sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanunlara dəyişikliklərin edilməsi, həmçinin aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.
İclasda komitə üzvləri Nizami Cəfərov, Səbinə Xasayeva, Aqil Məmmədov, Kamran Bayramov, Tahir Rzayev, həmçinin Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək gündəliyə dair fikirlərini bildiriblər, işğaldan azad olunmuş ərazilərdə tarixi adların bərpası, bələdiyyələrin işinin təşkili və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
Xəbər lenti
0