SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AUKUS dünya siyasətində hansı dəyişikliklərə səbəb olacaq? – politoloq şərhi

© Sputnik / Murad OrujovДиректор Кавказского центра политического анализа Ахмед Алили
Директор Кавказского центра политического анализа Ахмед Алили - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Politoloq Əhməd Əlili bildirib ki, NATO daxilindəki bəzi qüvvələr ümumi əməliyyatlara daha az töhfə vermək istəyirlər
Əhməd Əlili: “Proseslərin inkişafı Böyük Britaniya üçün siyasi dividentlər yaradır”
“Bu təhlükəsizlik paktı öz əhəmiyyətinə və dünya siyasətinə edəcəyi təsirlər baxımından yalnız və yalnız 11 sentyabr hadisələri ilə müqayisə edilə bilər”. Bunu Sputnik Azərbaycan-a ötən həftə ABŞ, Böyük Britaniya və Avstraliyanın birgə imzaladığı AUKUS paktını şərh edərkən politoloq Əhməd Əlili bildirib.
Politoloq bildirib ki, bu pakt özlüyündə çox vacib bir dəyişiklikdir: “Bu onu göstərir ki, ABŞ NATO daxilində subqruplaşmalar yaradır. Əvvəlki dövrdə Fransa ümumavropa ordusunun yaradılmasını təklif edəndə ABŞ buna qarşı çıxmışdı. Amma indi görürük ki, ABŞ özü bu istiqamətdə fəaliyyət göstərir. Bu da onunla bağlıdır ki, NATO daxilindəki bəzi qüvvələr ümumi əməliyyatlara daha az töhfə vermək istəyirlər. Çinə qarşı özünü təhlükəsiz hiss etməyən Avstraliya aktiv şəkildə onun üçün belə bir təhlükəsizlik çətirinin yaradılmasını istəyirdi. “Brexit”dən sonra Böyük Britaniya gördü ki, proseslərin bu formada inkişafı ona da müəyyən siyasi dividentlər yaradır”.
Əhməd Əlilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0