https://sputnik.az/20210921/mekteb-acilmasi-suruculere-muraciet-427978567.html
Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib
Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib
Sputnik Azərbaycan
Piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz... 21.09.2021, Sputnik Azərbaycan
2021-09-21T16:26+0400
2021-09-21T16:26+0400
2021-11-17T00:05+0400
xəbərlər
elm
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216774_0:0:3072:1738_1920x0_80_0_0_833f653010de900768c94f24c3e39555.jpg
BAKI, 21 sentyabr — Sputnik. Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib.Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sabahdan etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq: "Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmasınlar".Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir.Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216774_0:0:3072:1930_1920x0_80_0_0_da674c291951ecf625cab08e188c56f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib
16:26 21.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir.
BAKI, 21 sentyabr — Sputnik. Məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sabahdan etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq: "Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmasınlar".
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.