CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev və Mehriban Əliyeva bir neçə məktəbdə yaradılan şəraitlə tanış olublar

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев ознакомился с условиями, созданными в полной средней школе номер 71 Сабунчинского района
Президент Ильхам Алиев ознакомился с условиями, созданными в полной средней школе номер 71 Сабунчинского района - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Sabunçu rayonunda yerləşən iki məktəb əsaslı təmir olunmaqla yanaşı, orada həmçinin əlavə korpuslar tikilib.
BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 və 307 saylı tam orta məktəb tam orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu məktəblərdə aparılan əsaslı təmir işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, şagird sıxlığı nəzərə alınaraq, 71 saylı məktəb üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasında təhsil sahəsi də prioritet yer tutur. Respublikanın hər yerində, o cümlədən paytaxtda məktəblərin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil ocaqlarının və tədris korpuslarının inşası istiqamətində misilsiz işlər görülür. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil alması, elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin savadlı, bilikli, intellektual səviyyədə yetişməsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub
Президент Ильхам Алиев ознакомился с условиями, созданными в полной средней школе номер 71 Сабунчинского района - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub
Sabunçu rayonundakı 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa edilib. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz olunub.
Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə də yeni korpus tikilib.
2006-cı ildə inşa edilən 1176 şagird yerlik 307 saylı tam orta məktəbin binası əsaslı təmir edilib, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir. Təhsil müəssisəsində kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kitabxana var. Şagirdlər laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra biləcəklər. Təhsil ocağında, eyni zamanda, hərbi hazırlıq, qızlar və oğlanlar üçün əmək otaqları, akt və idman zalları da yaradılıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Sabunçu rayonunda 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Sabunçu rayonunda 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Prezident İlham Əliyev Sabunçu rayonunda 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub
Qeyd edək ki, həm 71 saylı, həm də 307 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və tikinti işləri dövlətimizin başçısının “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” ötən il və bu il imzaladığı müvafiq sərəncamlara uyğun olaraq həyata keçirilib.
Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər.
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Bakı Avropa Liseyinin yeni binasında yaradılan şərait barədə məlumat verdi.
İnşasına ötən il başlanılan bu tədris müəssisəsində 70 sinif otağından başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt zalları, yeməkxana müəllimlərin və şagirdlərin ixtiyarına veriləcək. Bir sözlə, burada yaradılan şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır.
Qeyd edək ki, istedadlı uşaqlar üçün yaradılmış Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir. Hər il məzunlarının 100 faizi ali məktəblərə yüksək balla daxil olan liseyin yetirmələri dünyanın bir çox nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.
Liseyin özünəməxsus təhsil modeli var. Mühəndis, robot, iclas, incəsənət, elm və kids zonalarına bölünən steam otaqda şagirdlər üçün müasir dövrün tələblərinə uyğun hər cür şərait yaradılıb.
Xəbər lenti
0