Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya dövlət Dumasına seçkilər: Bakıda səsvermə necə keçirilir

© Sputnik / Murad Orujov19 сентября 2021 года. Выборы депутатов Госдумы, законодательных органов и глав субъектов федерации в России (Баку)
19 сентября 2021 года. Выборы депутатов Госдумы, законодательных органов и глав субъектов федерации в России (Баку) - Sputnik Azərbaycan, 1920, 19.09.2021
Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 17-dən 19-adək keçirilir. Seçkilərdə 14 partiya iştirak edir. Seçkilərin nəticəsinə uyğun olaraq parlamentin aşağı palatasının yaxın beş il üçün tərkibi müəyyən olunacaq. 
BAKI, 19 sentyabr - Sputnik. Azərbaycanda yaşayan Rusiya vətəndaşları səkkizinci çağırış Dövlət Dumasına seçkilərdə iştirak edirlər. Sputnik Azərbaycan xəbər verir ki, Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına keçirilən seçkilərin üçüncü günü - bazar günü paytaxtda təşkil olunmuş seçki məntəqəsində səs verirlər.
Komissiya sədri Pyotr Volokovıx bildirib ki, seçicilərin səfirlikdə keçirilən səsvermədə iştirakı üçün əvvəlcədən qeydiyyat tələb olunmur. Seçicilər məntəqəyə gələrərək qeydiyyatdan keçirlər. Bakıda keçirilən səsvermədə ilk seçicilər artıq səhər saat 8.00-da iştirak edə biliblər.
“Bu ana qədər 20-yə qədər seçici artıq səs verib. Bu, kifayət qədər yaxşı tempdir. Seçki komissiyasının hər bir üzvü maskadadır, seçicilər də maska rejiminə riayət edirlər. Onlara fərdi əlcəklər, qələmlər verilir. Bütün Rusiya vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıram”, - deyə komissiya sədri bildirib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 17-dən 19-adək keçirilir. Seçkilərdə 14 partiya iştirak edir. Seçkilərin nəticəsinə uyğun olaraq parlamentin aşağı palatasının yaxın beş il üçün tərkibi müəyyən olunacaq. Səsvermə gününə qədər 18 yaşı tamam olmuş bütün Rusiya vətəndaşları seçkilərdə iştirak etmək hüququna malikdirlər. Sentyabrın 11-də Gəncə şəhərində Rusiya vətəndaşlarının əvvəlcədən səsverməsi təşkil olunub.
Komissiya sədri həmçinin Azərbaycanda səsvermənin həmişə yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə, pandemiya nəzərə alınaraq səsvermədə iştirak edənlər maska taxır, girişdə hamının hərarəti ölçülür, məsafə saxlanır.
“Hər şey səliqəli təşkil olunub, əvvəlcədən hazırlanıb. İstirahət günü olmasına baxmayaraq insanlar vətəndaş mövqeyini nümayiş etdirərək səsverməyə gəlirlər, bu, sevindirici haldır. Bütün qaydalara riayət olunub, pozuntu qeydə alınmayıb. Düşünürəm ki, pozuntu olmayacaq da. Hər şey normalar daxilində keçir”, - deyə Volokovıx bildirib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала