CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər

© AFP 2023 / JUSTIN SULLIVANToyota Prius
Toyota Prius - Sputnik Azərbaycan, 1920, 19.09.2021
Abunə olmaq
Avtosalon sahibi: benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür, bu səbəbdən də qiymətləri qaldırmırıq.
BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 15-dən etibarən Azərbaycanda "A-98 SUPER" və "A-95 PREMİUM" markalı benzin növlərinin qiymətində artım baş verib. Maraqlıdır, bu artımın avtomobil bazarına təsiri necə olacaq?
İqtisadçı-eskpert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə olan halda dizel və "Aİ-92" marka yanacağı ilə işləyən avtomobillərə maraq daha çox artacaq:
"Benzinin qiymətinin qalxması ilə köhnə avtomobillərin qiymətində artım və onlara olan tələbatın yüksəlməsi gözləniləndir. Lakin dizelin də qiymətində artımının olub-olmayacağına zəmanət vermək olmaz".
Ekspert deyir ki, hər dəfə "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacağın qiyməti qalxanda müasir avtomobillərə maraq azalır.
Ekspert ümumiyyətlə, son zamanlar "hibrid" avtomobillərə marağın artdığını deyir və təşviqedici təkliflərdən söz açır:
"Düşünürəm ki, hibrid avtomobillərlə bağlı təşviqedici addımlar atılmalıdır. Bu avtomobillərə görə 15 faizlik ƏDV və müxtəlif rüsumlar nəzərdə tutulur ki, bu da çoxdur. Belə avtomobillər daxiliyanma mühərriki olan avtomobillərlə eyni şərtlər altında ölkəyə gətirilir. Onlarla bağlı nə vergi, nə də ki, gömrük rüsumunda hansısa güzəşt yoxdur. Bir təşviqat olmalıdır ki, vətəndaşlar həmin avtomobilləri almağa üstünlük versinlər. Belə olan halda avtomobil parkının yenilənməsi isitiqamətində də müsbət addım atılmış olar".
N.Cəfərli deyir ki, "Aİ-92" markalı benzinlə işləyən avtomobillərin daha köhnə olması, bahalaşma ilə əlaqədar onlara tələbatın artacağının proqnozlaşdırılması isə o deməkdir ki, yollarda təhlükəsizlik və ekologiya ilə bağlı problemlər qaçılmaz olacaq.
Ekspertin sözlərinə görə, elekriklə işləyən avtomobillər daha yeni və müasir olduğundan onların qiymətləri aşağı deyil və bunun da üzərinə 15 faizin əlavə edilməsi doğru deyil:
"Hətta bu 15 faizin sıfırlanması da mümkündür ki, belə avtomobillərin ölkəyə idxalı artsın. Heç olmasa bir müddətlik hibrid və elektrik avtomobilləri ilə bağlı 0 rüsum, 0 vergi tətbiq olunarsa, bu həm ekoloji vəziyyətə, həm də avtomobil bazarının yenilənməsinə müsbət təsir edə bilər".
Avtomobil bazarına baxdıqda isə hələlik ki, qiymətlərdə gözəçarpan fərq yoxdur. Gəlin, bazara birlikdə nəzər salaq:
2006-cı il istehsalı olan 1.4 L mühərrikli "Opel Astra" orta hesabla 11 min 500 manata satılır. Paytaxtın avtomobil salonlarından birinin sahibi deyir ki, benzinin qiyməti artsa da, onlar avtomobillərin qiymətlərini qaldırmağı düşünmürlər:
"Benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür və bu səbəbdən də qiymətləri qaldırmırıq".
2002-ci il istehsalı olan 5.5 L mühərrikli "Mercedes ML 55 AMG" 13 000 manatadır. 1.6 L mühərrikli "Hyundai Accent"in qiyməti isə 14 min 700 AZN-dir.
Alıcılıq qabiliyyətinin aşağı düşəcəyi proqnozlaşdırılsa da, bazarda kifayət qədər bahalı avtomobillərə də rast gəlinir. Məsələn, 2016-cı il istehsalı olan və 4.0 L mühərrikli "Mercedes G 63 AMG" 242 min dollara satılır.
Həmçinin oxuyun:
Benzin bir qədər də bahalaşır
Xəbər lenti
0