CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda leysan sakinləri çətinə saldı: FHN xilasetmə anlarını paylaşdı

Abunə olmaq
Əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.
BAKI, 18 sentyabr - Sputnik. Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.
Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə təxliyə olunub.
Eləcə də oxuyun:
Qərb bölgəsinə dolu düşüb, çaylarda sel müşahidə olunub
Sabah istirahətə yollanmaq istəyənlərin nəzərinə
Xəbər lenti
0