CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rejissor Hollivudda film seçəcək

© Photo : "Azərbaycanfilm" kinostudiyasıRejissor Şamil Əliyevin "Çölçü" filminin çəkiliş prosesi
Rejissor Şamil Əliyevin Çölçü filminin çəkiliş prosesi - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Abunə olmaq
2020-ci ildə Şamil Əliyev həmin festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.
BAKI, 18 sentyabr - Sputnik. Kinorejissor Şamil Əliyev 10th Global Nonviolent (Hollywood, California, USA) Beynəlxalq Film festivalında münsiflər heyətinin üzvü seçilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, keçən il Şamil Əliyev bu festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.
COVID–19 pandemiyası ilə əlaqədar olaraq festival ikinci ildir ki, onlayn formatda keçirilir.
27 ölkədən müxtəlif janrlarda 44 film müsabiqəyə keçib ki, bunun da 11-i premyera nümayişi olaraq festivalda iştirak edir.
Qaliblərin siyahısı okyabrın 4-də video nümayiş vastəsi ilə elan olunacaq.
Eləcə də oxuyun:
Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub
Lerikin ucqar kəndində çəkilən uşaq filmi beynəlxalq festivalda iştirak edəcək
Venesiya Film Festivalının qalibləri açıqlanıb
Azərbaycan filmi dünya premyerasına hazırlaşır
IV ANİMAFİLM Beynəlxalq Festivalının qalibləri elan olunub
Xəbər lenti
0