https://sputnik.az/20210917/Ceyhun-Bayramov-Azrbaycan-BMT-il-mkdala-hmiyyt-verir-427950012.html
Ceyhun Bayramov: Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir
Ceyhun Bayramov: Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir
Sputnik Azərbaycan
Alessandro Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri... 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T14:56+0400
2021-09-17T14:56+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
siyasət
xin
ceyhun bayramov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427949958_0:162:1622:1080_1920x0_80_0_0_d528ceb1e6669e0ef12fbbce24659a96.jpg
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazir Ceyhun Bayramov rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib.Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.Alessandro Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri məmnunluqla qeyd edən nazir, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.Alessandro Frakassetti, öz növbəsində fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək, hökümət tərəfindən BMTİP-in mandatına verilən dəstəyi yüksək qiymətləndirib. 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən BMTİP-in bu müddət ərzində bir sıra sahələrdə, o cümlədən həssas qrupların dəstəklənməsi, peşə təhsili, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, kəndlərin inkişafı, gənclərin işlə təyin olunması və s. proqramların uğurla həyata keçirildiyini qeyd edib. BMTİP-in həmçinin münaqişə sonrası minadan təmizləmə fəaliyyətinə də dəstək verdiyi qeyd olunub.BMTİP proqramının növbəti rezident əlaqələndiricisiylə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən nazir Ceyhun Bayramov A.Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Həmçinin oxuyun:Bayramov Xankəndiyə qanunsuz səfər edən fransalı deputatlardan narazılığını bildirdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427949958_0:60:1622:1080_1920x0_80_0_0_1833ee07b16a7bcb97d849654c592738.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, xin, ceyhun bayramov, azərbaycan
xəbərlər, xin, ceyhun bayramov, azərbaycan
Ceyhun Bayramov: Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir
14:56 17.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Alessandro Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri məmnunluqla qeyd edən nazir, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi
Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə
Sputnik Azərbaycan-a
Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib.
Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.
Alessandro Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri məmnunluqla qeyd edən nazir, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.
Alessandro Frakassetti, öz növbəsində fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək, hökümət tərəfindən BMTİP-in mandatına verilən dəstəyi yüksək qiymətləndirib. 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən BMTİP-in bu müddət ərzində bir sıra sahələrdə, o cümlədən həssas qrupların dəstəklənməsi, peşə təhsili, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, kəndlərin inkişafı, gənclərin işlə təyin olunması və s. proqramların uğurla həyata keçirildiyini qeyd edib. BMTİP-in həmçinin münaqişə sonrası minadan təmizləmə fəaliyyətinə də dəstək verdiyi qeyd olunub.
BMTİP proqramının növbəti rezident əlaqələndiricisiylə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən nazir Ceyhun Bayramov A.Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.