CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 26 nəfər karantinə alındı - onların arasında keçmiş jurnalist də var

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi  - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
DMX: Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
BAKI, 17 sentyabr — Sputnik. Almaniyadan deportasiya edilən keçmiş jurnalist, "Yeni Müsavat" qəzetinin sabiq əməkdaşı Röya Rəfili və ailə üzvüləri karantinə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Almaniyadan deportasiya edilən keçmiş jurnalist Röya Rəfili bildirib:
"14 sentyabrda Almaniyadan edilən kütləvi deportasiyada mən və üç uşağım da var. Hazırda koronavirus səbəbindən Bakıdakı "Atletlər kəndi"ndə 7-14 günlük karantindəyik".
Baş verənlərdən üzüldüyünü deyən R.Rəfili karantin səbəbindən dostlarının suallarını cavabsız qoyduğunu qeyd edib.
"Narahatlığınız və baş verənlər üçün üzgünəm. Yazılan mesajları cavablaya bilməməyimi də üzürlü hesab edin. Bir sözlə belə bizə sevgisini, qayğısını göstərən hər kəsə təşəkkür edirəm. Ümid edirəm, uşaqlarımın yaşaması üçün bir yol tapacam, nigaran qalmayın".
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elnur Kələntərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sentyabrın 14-də  “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 26 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib:
"Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib. Qeyd edim ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir".
Xatırladaq ki, Röya Rəfili Azərbaycanda ANS, "Yeni Müsavat" və "Kanal 13" kimi media quruluşlarında çalışıb. 2017-ci ildə Almaniyaya gedən R.Rəfili bu ölkədən sığınacaq istəmişdi. İki oğlan anası olan keçmiş jurnalist mühacirətdə ikinci dəfə ailə qurub və bir qız övladı dünyaya gəlib.
Xəbər lenti
0