CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aİ-nin xüsusi nümayəndəsi düşmənin Ağdamdakı vandallıqları ilə tanış olub

© Photo : APAAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub. - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.
BAKI, 17 sentyabr — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.
E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.
Həmçinin oxuyun:
Qarabağda yeni iqtisadiyyat quruculuğuna həsr olunmuş konfrans öz işinə başlayıb
Xəbər lenti
0