Xəzər quruyacaq? Ekoloq şok iddiaya aydınlıq gətirdi

© Sputnik / Ilham MustafayevNabranda sahil qırağı
Nabranda sahil qırağı  - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Bakıya yağıntının düşməməsinin acı nəticələrindən danışan ekoloq deyib ki, günəş şüaları birbaşa torpağın üzərinə düşdükcə, onun bütün nəmişliyi, suyu buxarlanıb, nəticədə tozanaq yaranıb.
BAKI, 16 sentyabr — Sputnik. Deyirlər ki, buzlaqlar əriyir və hər yer su altında qalacaq. Bu tamamilə yanlış fikir olsa da, təəssüf ki, fırıldaqçılar məlumatları media vasitəsilə yayırlar.
Bu sözləri Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvi Telman Zeynalov bu gün Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində "Facebook" vasitəsilə canlı yayımda çıxışı zamanı deyib.
O bildirib ki, Yer kürəsinin ana qatı, süxuru Yer kürəsinin mərkəzinə yaxındır. Oradakı ana süxur qızır və buzlaqlar tədricən əriməyə başlayır. Ana süxur, torpaq qızdığı üçün də buzlaqlar sadəcə olaraq alt hissədən əriyir.
Səhralaşma haqda danışan ekoloq Bakının iqlimini misal çəkib. Bildirib ki, bu yay Bakıya 1 qram da olsa yağış düşməyib:
"Günəş şüaları birbaşa torpağın üzərinə düşdükcə, onun bütün nəmişliyi, suyu buxarlanıb, nəticədə tozanaq yaranıb. Beləcə səhralaşma, ərzaq qıtlığı yaranır, kənd təsərrüfatı məhsulları yanır. Azərbaycanın özündə hazırda taxıllıqların arasında otlaqlar çoxalır. Səhralaşma dövründə torpağa düzgün qiymət verməyəndə, qulluq etməyəndə belə olur".
T.Zeynalovun sözlərinə görə, hazırda Abşeron yarımadası və Aran bölgəsində səhralaşma daha çox üstünlük təşkil edir.
Ekoloq Xəzərin səviyyəsindən danışaraq bildirib ki, ümumiyyətlə, proqnozları, xüsusən də hava proqnozunu ən çox 7 gün üçün vermək mümkündür. Çünki proqnozu vermək çox çətindir. Lakin bizdə 60-70 il üçün proqnoz verilir və deyilir ki, guya Xəzər quruyacaq:
"Bu, tamamilə yanlış fikirdir. 78 ildir ki, Bakıda Xəzərin qalxmasını görmüşəm. 60-cı illərdə Neftçalada balıqartırma zavodları tikdilər. Nəticədə, 1986-cı ildən Xəzərin səviyyəsi qalxmağa başladı və həmin zavodlar suyun altında qaldı".
Xəbər lenti
0