Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan sevdalı müğənnini Mədəniyyət Nazirliyi belə yad etdi

© Sputnik / Murad OrujovВ Баку почтили память народного артиста СССР Муслима Магомаева
В Баку почтили память народного артиста СССР Муслима Магомаева  - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxmuş və "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.
BAKI, 15 sentyabr — Sputnik. Mədəniyyət Nazirliyi Əməkdar artist Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb. Sputnik Azərbaycan xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.
Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlayıb, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Mayami şəhərinin Mayami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.
Yaqub Zurufçunun dillər əzbəri olan "Ayrılıq" mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb.
Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, koronavirusdan əziyyət çəkən Əməkdar artist Yaqub Zurufçu ötən gün axşam saatlarında vəfat edib.
Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxmuş və "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.
Eləcə də oxuyun:
Yaqub Zurufçu dünyasını dəyişdi
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb
Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Türkiyədə xəstəxanaya yerləşdirilib
Xəbər lenti
0