CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü hərbçilərin yürüşləri ilə qeyd olunacaq

© Sputnik / Murad OrujovBakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş.
Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş. - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Paytaxtda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.
BAKI, 14 sentyabr - Sputnik. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində hərbi qulluqçuların yürüşləri keçiriləcək.
Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yürüşlər "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə təşkil olunacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.
Həmçinin oxuyun:
Azərbaycan və Türkiyənin müdafiə nazirləri birgə taktiki-uçuş təlimlərini izləyiblər
Xəbər lenti
0