Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı deputatlar və MSK təmsilçiləri Rusiyadakı seçkiləri izləyəcəklər

© Sputnik / Maksim Blinov / Mediabanka keçidВид на Кремлевскую набережную с Большого Москворецкого моста, фото из архива
Вид на Кремлевскую набережную с Большого Москворецкого моста, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Azərbaycanlı deputatlar səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəklər.
BAKI, 14 sentyabr — Sputnik. Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün sentyabrın 16-dan 20-nə kimi Moskvada səfərdə olacaq. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.
Azərbaycanlı deputatlar öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaqlar. Səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəklər.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Rusiya Federasiyasında qarşıdan gələn seçkilərin müşahidəsində iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Komissiyanın 3 təmsilçisi daxildir.
Xəbər lenti
0