Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Leyli və Məcnun" Dnepr Beynəlxalq Kitab Festivalında

© Photo : Azerbaijan State Academic Opera and Ballet TheaterПоказ оперы Узеира Гаджибейли "Лейли и Меджнун" в Азербайджанском государственном академическом театре оперы и балета
Показ оперы Узеира Гаджибейли  Лейли и Меджнун в Азербайджанском государственном академическом театре оперы и балета - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Beynəlxalq festival Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Ukrayna Dövlət Televiziyası və Radio Yayımları Komitəsi, Kiyev Şəhər Dövlət İdarəsi, Ukrayna Kitab İnstitutu, Ukrayna Nəşriyyatçılar Birliyi tərəfindən təşkil olunub.
BAKI, 13 sentyabr — Sputnik. IV Dnepr Beynəlxalq Kitab Festivalında ("Dnepr Book Space") dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu il Ukraynada işıq üzü görmüş "Leyli və Məcnun" kitabının təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri Mərkəzin Ukrayna təmsilçisi Marina Qonçaruk açaraq, Ukrayna-Azərbaycan ədəbi əlaqələrindən, qurumun bu sahənin inkişafına verdiyi töhfələrdən, Nizami Gəncəvinin ədəbi irsinin tərcümələrindən və Ukrayna alimləri tərəfindən aparılan tədqiqatlardan bəhs edib.
Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin nümayəndəsi Nəcəf Əhmədov Ukrayna və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafına xidmət edən tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra ukraynalı məktəblilər "Leyli və Məcnun" əsərindən parçaları səsləndiriblər.
Festival çərçivəsində "Leyli və Məcnun" kitabı ilə yanaşı, Dövlət Tərcümə Mərkəzinin Ukrayna dilində bu ölkədə ərsəyə gətirdiyi – "Müasir Azərbaycan poeziyası antologiyası", İmadəddin Nəsiminin "І шляхом Істини постав я сам..." ("Haqq yolu mən özüm oldum..."), Salam Sarvanın "І потонути неможливо, неглибокий цей світ..." ("Boğulmaq da olmur, dayazdı dünya") və Leyla Əliyevanın "Свiт тане, як сон" ("Dünya yuxutək əriyir") kitabları sərgilənib.
Qeyd edək ki, "Dnepr Book Space" – Ukrayna kitab nəşri sahəsində innovasiyalara geniş imkanlar yaradan yeganə və ən böyük kitab festivalıdır. Beynəlxalq festival Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Ukrayna Dövlət Televiziyası və Radio Yayımları Komitəsi, Kiyev Şəhər Dövlət İdarəsi, Ukrayna Kitab İnstitutu, Ukrayna Nəşriyyatçılar Birliyi tərəfindən təşkil olunub.
Xəbər lenti
0