Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!

© AFP 2021 / JENS SCHLUETERМодель SARS-CoV-2, известная как новый коронавирус
Модель SARS-CoV-2, известная как новый коронавирус  - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər.
BAKI, 12 sentyabr — Sputnik. ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stress yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edirlər. Bu barədə “PLOS ONE” jurnalında dərc olunmuş məqalədə deyilir.
Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər. Ümumilikdə tədqiqatda səkkiz mindən çox insan iştirak edib.
Nəticədə, dərmanın ən az bir dozasını alan respondentlərdə güclü neqativ duyğuların yaranma ehtimalının 15%-dən az olması məlum olub. Qadınlarda isə bu göstəricilər kişilərə nisbətən bir qədər yüksək olub. 
Qeyd edək ki, bu yaxınlarda tədqiqatçılar kişilərin və qadınların koronavirus pandemiyası nəticəsində müxtəlif şəkildə stresə məruz qaldıqlarını bildiriblər.
Həmçinin oxuyun:
TURKOVAC Azərbaycanda da tətbiq edilə bilər
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала