Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

© Sputnik / Murad OrujovНовые составы "Бакинского метрополитена"
Новые составы Бакинского метрополитена - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Metropolitenin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək, texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanda yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabrın 20-dən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Qeyd olunur ki, Bakı metrosu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Pik saatlarda qatarlar arasında "Həzi Aslanov-28 May" sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı "İçərişəhər" və "Dərnəgül" stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək:
"Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, pik hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq".
Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq. Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.
Xatırladaq ki, pandemiya ilə əlaqədar olaraq bu ilin 31 may tarixindən etibarən "Bakı Metropoliteni" QSC yenidən sərnişinlərin istismarına verilib.
Həmçinin oxuyun:
Karantin uzadıldı, avqustda da həftəsonları marşrut və metro işləməyəcək
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала