Vaşinqton Rusiyada seçkilərə müdaxilə edir: ABŞ səfiri XİN-ə çağırılıb

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Fotobanka keçməkRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.09.2021
Amerikanın Rusiyadakı səfiri Con Sallivana bildirilib ki, Moskvada Amerika "rəqəmsal nəhəngləri" tərəfindən Rusiya qanunlarının pozulmasına dair təkzibedilməz sübutlar var.
BAKI, 12 sentyabr - Sputnik. ABŞ-ın Rusiyanın daxili işlərinə, o cümlədən seçkilərə müdaxiləsi sənədlərlə təsdiqlənib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib. 
Bu ərəfədə Amerikanın Rusiyadakı səfiri Con Sallivan Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bildirilib ki, Moskvada Amerika "rəqəmsal nəhəngləri" tərəfindən Rusiya qanunlarının pozulmasına dair təkzibedilməz sübutlar var. Diplomatik xidmət bu cür hərəkətlərin yolverilməz olduğunu vurğulayıb.
"Biz Amerika tərəfinə vəziyyəti izah edən konkret faktlar verdik. Bunların açıq-aşkar Amerika İnternet inhisarçılarına məxsus olan və Amerika Birləşmiş Ştatlarının ərazisindən idarə olunan internet-platformaların hərəkətləri olduğunu sübut etdik. Bu, onların bizim daxili proseslərimizə - siyasi proseslərə, seçki proseslərinə müdaxiləsidir", - deyə Zaxarova "Solovyov Live" YouTube kanalının efirində bildirib.
O qeyd edib ki, Amerika tərəfi hələ də Sallivanın Xarici İşlər Nazirliyinə səfərinə heç bir reaksiya verməyib.
Xatırladaq ki, rəsmi Vaşinqton dəfələrlə Rusiyanı ABŞ-da keçirilən seçkilərə virtual müdaxilə etməkdə günahlandırıb.  
Rusiyada Dumaya seçkilər
Rusiya Dövlət Dumasına seçkilər və digər seçki prosesləri sentyabrın 17-dən 19-dək keçiriləcək.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirib.
“Sentyabrın 17-19-da ölkədə vahid seçkilər günü elan olunub. Dövlət Dumasına seçkilər də bu günlərdə saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək hüququ olan 32 partiya siyahılarını iyulun 13-dək MSK-ya təqdim edib.”, - deyən E.Pamfilova qeyd edib ki, seçkilərin üç gündə keçirilməsi sanitar-epidemioloji vəziyyətlə bağlıdır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала