CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubanın Nizami parkındakı qəribə heykəllər - onların müəllifi kimdir?

© Sputnik / Leyla AbdullayevaQubada Nizami parkı
Qubada Nizami parkı - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Bəzi məlumatlara görə, adıçəkilən istirahət yeri 1946-cı ildə alman əsirləri tərəfindən inşa olunub. Parkda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb.
BAKI, 11 sentyabr — Sputnik. Artıq neçə gündür ki, sosial şəbəkələrdə Quba şəhərindəki Nizami parkında yerləşən, dahilərin şərəfinə ucaldılmış abidələr haqqında söz-söhbətlər səngimir. Məsələ bundadır ki, sosial şəbəkə istifadəçiləri parkda dahi şəxsiyyətlərin şərəfinə qoyulan heykəllərin heç birinin ədiblərə bənzəmədiyini bildirirlər. Heykəllərin ya qeyri-peşəkarlar tərəfindən hazırlandığı, ya da onlar üçün lazımi qədər vəsait ayrılmadığı iddia olunur. Sakinlər arasında həmin abidələrə hətta "raxit heykəllər" deyə ad da qoyulub.
© Sputnik / Leyla Abdullayeva
Qubada Nizami parkı - Sputnik Azərbaycan
1/5
© Sputnik / Leyla Abdullayeva
Qubada Nizami parkı - Sputnik Azərbaycan
2/5
© Sputnik / Leyla Abdullayeva
Qubada Nizami parkı - Sputnik Azərbaycan
3/5
© Sputnik / Leyla Abdullayeva
Qubada Nizami parkı - Sputnik Azərbaycan
4/5
© Sputnik / Leyla Abdullayeva
Qubada Nizami parkı - Sputnik Azərbaycan
5/5
1/5
2/5
3/5
4/5
5/5
Məsələni araşdırmaq üçün əməkdaşımız Quba şəhər icra nümayəndəsi Elvin Hüseynov ilə əlaqə saxlayıb. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heykəllər əvvəlki icra hakimiyyəti başçısının dövründə hazırlanıb və nə səbəbdən belə hazırlanması heç kəsə məlum deyil:
"Park köhnə olsa da, heykəllər 2011-ci ildə qoyulub. Həmin dövrdə rayonun icra başçısı Rauf Həbibov olub. Hazırda onun işlədiyi dövrdə çalışanlardan az işçi qalıb. Həmin işçilər də heykəllərin kim tərəfindən hazırlanmasından xəbərsizdirlər. Biz yenə də bu məsələ ilə bağlı araşdırma aparıb lazımi tədbirlər görməyə çalışacağıq".
Qeyd edək ki, Quba şəhərində Nizaminin adını daşıyan park şimal bölgəsində ən qədim parklardan hesab olunur.  Bəzi məlumatlara görə, adıçəkilən istirahət yeri 1946-cı ildə alman əsirləri tərəfindən inşa olunub. Parkda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Abidənin ətrafında xiyaban boyu Nizaminin əsərlərindən səhnələri əks etdirən barelyeflər quraşdırılıb.
Həmçinin oxuyun:
İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Gənclik” parkının açılışında iştirak ediblər
Xəbər lenti
0