Pəncşir təslim olmaq istəmir: Əhməd Məsud Əfqanıstanı tərk etməyib

© REUTERS / MOHAMMAD ISMAILАхмад Масуд
Ахмад Масуд - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Milli Müqavimət Cəbhəsinin liderinə yaxın olan Qasem Məhəmmədi deyib ki, Məsudun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil və o, təhlükəsiz yerdədir.
BAKI, 11 sentyabr - Sputnik. Milli Müqavimət Cəbhəsinin (MMC) lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib.
Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bunu MMC liderinə yaxın olan Qasem Məhəmmədi deyib.
O bildirib ki, Əhməd Məsud təhlükəsiz bir yerdədir:
"Məsudun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil. O, hazırda Pəncşirlə əlaqə saxlayır".
Məhəmmədi əlavə edib ki, Taliban* son günlərdə Pəncşir ərazisinə daxil olub, əsas küçə və keçidlərin təxminən 70%-i onların əlindədir. Lakin Pəncşirin dağ vadiləri Milli Müqavimət Cəbhəsinin tam nəzarətindədir.
Qeyd edək ki, sentyabrın 6-da Pəncşirdə soydaşlarına müraciət edən müqavimət hərəkatının lideri Əhməd Məsud əfqanları Taliban* hərəkatına qarşı üsyana qalxmağa çağırıb.
Pəncşirdəki müqavimət qüvvələrinin lideri audio-müraciətdə döyüşçülərin hələ də adı çəkilən əyalətdə qaldıqlarını və taliblərə qarşı mübarizə apardıqlarını bəyan edib.
O həmçinin baş vermiş son hadisələrdən sonra Əfqanıstanın geri qalmış ölkəyə çevrilə və izolyasiyaya düşə biləcəyini qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarına Pəncşir mücahidləri Taliba*nın əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.
"Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.
Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.
Sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətinin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
Həmçinin oxuyun:
* Müqavimət hərəkatının lideri Pəncşirdə soydaşlarına müraciət edib
* Əfqanıstanda yenidən qırğın gözlənilir: Pəncşir təslim olmaq niyyətində deyil
Xəbər lenti
0