Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçındakı döyüş təlimi başa çatıb

Abunə olmaq
Həm Türkiyə, həm də Azərbaycan hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
Təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.
Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.
 
Xəbər lenti
0