Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış vokalçı müəlliminin xatirəsinə film-konsert hazırlayıb

© Photo : Press Service of Heydar Aliyev PalaceРамиль Гасымов
Рамиль Гасымов - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
"Ustadımın Yolu ilə" film-konserti sentyabrın 10 tarixində Mədəniyyət, ARB və Xəzər telekanallarında nümayiş olunacaq.
BAKI, 10 sentyabr — Sputnik. Xalq artisti, professor, vokal məktəbinin gözəl nümayəndəsi, Azərbaycan xalqının zəngin mədəniyyətinin tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərən Mobil Əhmədovun bu il sentyabr ayının 10-da anadan olmasının 90 illiyi tamam olur.
Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Əməkdar artist Ramil Qasımov müəllimi Mobil Əhmədovun əziz xatirəsinə "Ustadımın Yolu ilə" adlı film-konsert hazırlayıb.
Qeyd edək ki, Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncə şəhərində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayıb. 1961-ci ildə Konservatoriyanı bitirən Mobil Əhmədov radio və televiziyanın xorunda solist kimi fəaliyyətə başlayıb. Elə həmin ilin sentyabrında Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtki Musiqili Komediya Teatrına) dəvət olunub və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib. Yüksək ifaçılıq qabiliyyətinə malik olan M. Əhmədovun 600-dən çox lent yazısı, 40 valı var. Eyni zamanda o, müəllim-pedaqoq kimi Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında, 22 və 6 saylı Musiqi məktəbində fəaliyyət göstərib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülüb.
Onuda qeyd edək ki, "Ustadımın Yolu ilə" film-konserti sentyabrın 10 tarixində Mədəniyyət, ARB və Xəzər telekanallarında nümayiş olunacaq.
Xəbər lenti
0