İran İraqa zərbələr endirdi

© REUTERS / Ahmed ZakotQəzzada bombalanma
Qəzzada bombalanma - Sputnik Azərbaycan, 1920, 09.09.2021
İslam Respublikasının bir neçə təyyarəsi Kürd qruplaşmalarının Erbil vilayətində Alane, Barbazin, Helqurd və Hacı İmran yüksəkliklərindəki mövqelərinə zərbələr endirib.
BAKI, 9 sentyabr — Sputnik. İran İslam İnqilabi Keşikçiləri Korpusuna məxsus bir neçə qırıcı təyyarələr İraq Kürdüstanında İran əleyhinə birləşmələrin mövqelərinə zərbələr endirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Iran International" agentliyi məlumat yayıb.
"İslam Respublikasının bir neçə təyyarəsi Kürd qruplaşmalarının Erbil vilayətində Alane, Barbazin, Helqurd və Hacı İmran yüksəkliklərindəki mövqelərinə zərbələr endirib", - deyə məlumatda bildirib.
Qeyd edək ki, daha əvvəl İran İslam İnqilabi Keşikçiləri Korpusunun Quru Qüvvələrinin komandanı Məhəmməd Pakpur bildirib ki, İran Şimali İraqda terror qruplaşmalarının aktivliyinin artmasına dözmək niyyətində deyil və İran sərhədləri üçün təhlükə yaranacağı təqdirdə onlara zərbə endirəcək.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала