CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vüqar Kərimov: “Azərbaycanda içməli su ilə bağlı elə bir ciddi problemlər yoxdur”

© Photo : AZƏRTACEkologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, yaranan problemlər həm ehtiyatlarımızın azalması, həm də suya tələbatın artması ilə bağlıdır
Vüqar Kərimov: “Layihələrin həyata keçirilməsi ilə bağlı real addımlar atılmaqdadır”
İçməli su ilə bağlı demək olar ki, Azərbaycanda Kürə yaxın iki rayon, Salyan və Neftçalada Kürün duzlaşması ilə bağlı problemləri nəzərə almasaq, elə bir ciddi problemlər yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
V.Kərimov bildirib ki, son dövrdə yaranan problemlər əsasən suvarma suyu ilə bağlıdır: “Bu da həm ehtiyatlarımızın azalması, həm də suya tələbatın artması ilə bağlıdır. Suya qənaət edən texnologiyaların tətbiqi, su ehtiyatlarının artırılması istiqamətində görülən işlər, yeraltı su ehtiyatlarından istifadənin genişləndirilməsi, məişət-çirkab və istehsalat sularının təkrar emalı və istifadəyə verilməsi, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı planlaşdırılan və həyata keçirilən layihələr gələcəkdə yarana biləcək su qıtlığının qarşısının alınmasına xidmət edir. Sadalanan layihələrin bir çoxunun həyata keçirilməsi ilə bağlı real addımlar atılmaqdadır”.
Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0