Təhsil naziri beynəlxalq ictimaiyyətə müraciət edib

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb.
BAKI, 9 sentyabr — Sputnik. Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində şagirdlər həyatını itirib, məktəblərimiz məhv edilib, yaxud qəzalı vəziyyətə düşüb:
"Bütün dünya ictimaiyyəti törədilən bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack və #UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq".
Xatırladaq ki, bu gün Azərbaycanın Xarici İşlər Nazirliyi də 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məlumat yayıb.
Nazirlik azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini və uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququna hörmət edilməsinin vacibliyini vurğulayıb. Ermənistandan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətlərinə dair çoxsaylı faktları araşdırmaq və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etməklə bağlı beynəlxalq öhdəliklərə riayət etməyi tələb edib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала