Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan bu gün Azərbaycan səfiri ilə görüşəcək

© © Mustafa Kamaci / Turkish Presidency via APПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğan Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın yeni səfirini qəbul edəcək.
BAKI, 9 sentyabr — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının rəsmi saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, Ərdoğan Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın yeni səfirini qəbul edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub. Təyinata qədər o, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала