CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxmərtəbəli yaşayış binasında yanğın olub

© Sputnik / Murad OrujovТушение пожара, фото из архива
Тушение пожара, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.09.2021
Abunə olmaq
Yanğınsöndürənlər tərəfindən tüstülənən mənzillərdən əhali təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
BAKI, 8 sentyabr — Sputnik. Sumqayıtda yanğın olub. Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın Sumqayıtdakı çoxmərtəbəli yaşayış binalarından birində baş verib.
FHN-in məlumatına görə, 12 nəfər yanğınsöndürən tərəfindən yanğın zamanı tüstülənən mənzillərdən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, bənzər hadisə bir müddət öncə Bakıda da baş vermişdi. Belə ki, Bakının Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib, 40-dan çox vətəndaş təxliyə olunmuşdu.
Xəbər lenti
0