Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çində “Arşın mal alan”-ın yeni quruluşda premyerası olacaq

© Foto: Rustem Farman Ismayilov Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş "Arşın mal alan" tamaşasında
Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş Arşın mal alan tamaşasında  - Sputnik Azərbaycan, 1920, 08.09.2021
Gələn il Tiandzin Böyük Teatrında Harbin və Kunmin Filarmonik orkestrinin dirijoru Əyyub Quliyevlə keçiriləcək konsertlərdə Azərbaycan musiqisinə həsr olunmuş xüsusi proqramın təqdimatı gözlənilir.
BAKI, 8 sentyabr — Sputnik. Çinin ən iri şəhərlərindən biri olan Tiandzində yerləşən 3600 nəfərlik möhtəşəm Böyük Teatrda (Tianjin Grand Theatre) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının yeni quruluşda premyerası olacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq üçüncü dəfə səhnələşdirilən əsərin Çində ilk ifası 1959-cu ildə və daha sonralar Pekində - 2010-cu ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərtibatında gerçəkləşib.
Tiandzin Böyük teatrında “Arşın mal alan”ın yeni quruluşu Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Tiandzin Mədəniyyət və Turizm üzrə bələdiyyə bürosunun dəstəyi ilə keçirilir.
Lahiyənin bədii rəhbəri – İpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq (Malaziya), tamaşanın baş məsləhətçisi və koordinatoru – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, baş menecer – Yan Linqyanq (Çin), dirijor – Sun Jinqkay (Çin), opera üzrə kastinq direktoru – Li Ksaofey və Lu Şenqdir (Çin).
Qeyd edək ki, tamaşa 18 sentyabr - Musiqi bayramı və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə həsr olunub. Tianzin Böyük Teatrının dizaynı 2012-ci ildə alman şirkəti “Gerkan, Marg and Partners” tərəfindən hazırlanmış və tez bir zamanda ölkənin ən iri mədəni mərkəzlərindən birinə çevrilib.
Dünyanın ən iri musiqi kollektivləri – Filadelfiya simfonik orkestri, Yaponiya Milli Simfonik orkestri, Mariinski Teatrı, Anna Sofi Mutter, Gidon Kremer kimi tanınmış ifaçılar həmin səhnədə dəfələrlə çıxış edib.
2022-ci ildə Tiandzin Böyük Teatrında Harbin və Kunmin Filarmonik orkestrinin dirijoru Əyyub Quliyevlə keçiriləcək konsertlərdə Azərbaycan musiqisinə həsr olunmuş xüsusi proqramın təqdimatı gözlənilir.
Məlumat üçün bildirək ki, "Arşın mal alan" Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operettadır.  Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınıb.
Ü.Hacıbəyli "Arşın mal alan" operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konservatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərmişdi. A.Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdı. "Arşın mal alan"a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir. "Arşın mal alan" operettasını Bakıya göndərməzdən əvvəl Üzeyir bəy Hacıbəyli aktyor Hüseynqulu Sarabskiyə Sankt-Peterburqdan məktub göndərir və tamaşanın orada nümayiş olunmasını istəyir. Nəhayət, 1913-cü il oktyabr ayının 25-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında "Arşın mal alan" operettasının premyerası baş tutur. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала